Daha sonra o, mənzildə axtarış apararaq N.Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb. Cinayətin T.Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T.Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.Onu da əlavə edək ki,N.Əliyevanın işlədiyi “Qarant Sığorta” nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu "Qarant Holdinq"ə daxildir. Nəsimi rayonunda tək yaşayan 31 yaşlı N.Əliyeva subay olub, valideynləri rayonda yaşayır. Uzun müddətdir “Qarant Sığorta” da çalışır. İki ilə əvvəl isə şirkətin idarə heyətinin üzvü təyin olunub. N.Əliyeva iyunun 11-də heç kimə xəbərdarlıq etmədən işə gəlməyib. Mobil telefonuna cavab verməməsi və mənzilinin qapısını açmaması şübhələr yaradıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri mənzilə daxil olaraq onu qan içərisində evdə ölmüş vəziyətdə tapıblar.