Qardaşı arvadının üstünə benzin töküb yandırmışdı... - Bakıda dəhşətli hadisə

Qardaşı arvadının üstünə benzin töküb yandırmışdı... - Bakıda dəhşətli hadisə
SOSİAL
22:11 23.02.2019
3887
Qardaşının arvadının üstünə benzin töküb yandıran şəxs 1-ci instansiya məhkəməsinin hökmündən narazı olduğuna görə apellyasiya şikayəti verib.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin qəsdən adam öldürmə və əmlakı qəsdən məhv etməyə cəhd maddələri ilə məhkum olunan Əsgərov İlkin Nizami oğlunun məhkəmə prosesinin ilkin baxış iclası fevral ayının 27-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabr ayında Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətl törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü İlkin Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Amma İlkin Əsgərov məhkəmədə deyib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.
OXŞAR XƏBƏRLƏR