Qarışqaların efirdə cütləşməsi

Qarışqaların efirdə cütləşməsi
KÖŞƏ
12:40 11.05.2012
3479
Seymur VerdizadəAzərbaycan telekanallarının eyibini xarici teleseriallar örtürmüş. Milli Teleradio Şurasının xarici teleserialların nümayişini qadağan edən qərarının qüvvəyə minməsindən sonra Azərbaycanın efir məkanında ciddi boşluq yaranıb.
Telekompaniya rəhbərləri efir saatını doldurmaq üçün heç bir tərbiyəvi əhəmiyyəti olmayan, ekran qarşısında əyləşmiş adamların zövqünü oxşamayan, əksinə, onları əsəbiləşdirən verilişləri tamaşaçılara sırımaqla məşğuldurlar. İstirahət günü yerli telekanallar üzərində monitorinq apararkən bu qənaətim bir qədər də qüvvətləndi.Xarici teleserialların nümayişinin dayandırılmasından sonra özəl telekanallarda yayımlanan mətbəx verilişlərinin efir saatı artıb. Biz televiziya qarşısında əyləşməklə heç kimə lazım olmayan yeməklərin necə bişirildiyinin canlı şahidi ola bilərik. Vaxtıma heyfim gəlmədiyi üçün ötən gün “Lider” telekanalında bir aşpazın xiyar doğramaq üçün düz 5 dəqiqə vaxt sərf etdiyini öz gözlərimlə gördüm. Həmin vaxt ATV-də kələm, “Space”də badımcan, ANS-də isə balqabaq doğrayırdılar. Kiçik bir riyazi hesablama aparmaqla məlum oldu ki, özəl telekanalların həvəslə bizə təqdim etdiyi salatı və yeməyi hazırlamaq üçün təxminən 50 manat pul lazımdır. Dərhal ağlımdan bir sual keçdi: əziz telekanal rəhbərləri, siz Azərbaycanda müəllimlərin və həkimlərin ayda 140-150 manat maaş aldığını, təqaüdçülərin isə cəmi 100-120 manatla dolanmaq məcburiyyətində qaldığını bilirsinizmi? Yerigəlmişkən, sizdən bir xahişim olacaq: lütfən, mətbəx verilişlərində ətli yeməklərin təbliğini dayandırın. Bu ölkədə evinə ayda bir dəfə ət ala bilməyən minlərlə adam var. Əgər sahibi olduğunuz telekanallarda bu adamların həyatını işıqlandırmaq fikriniz olsa, əməkdaşlarınızı onlarla tanış edə bilərəm.Təəssüf doğuran başqa bir məqam isə odur ki, MTRŞ xarici teleserialların nümayişini dayandırsa da, Azərbaycan telekanalları efir vaxtını yenə əcnəbi telekompaniyaların istehsalı olan verilişlərin hesabına doldururlar. Başda BBC olmaqla dünyanın bir çox nüfuzlu telekompaniyalarının çəkdiyi sənədli filmlər Azərbaycan dilinə tərcümə edilərək, tamaşaçılara təqdim olunur. Bu sırada heyvanlar haqda çəkilmiş filmlər xüsusi üstünlük təşkil edir. Vəhşi heyvanların yaşamaq uğrunda mübarizə apararkən qarşılaşdıqları çətinliklərdən bəhs edən filmləri gündə bir neçə dəfə seyr etmək imkanımız var. Buna görə də qorxunc görkəmli aslanların, yırtıcı canavarların təbiətin bəzəyi olan ceyranları amansızlıqla qanına qəltan etdiyi səhnələr bizi çox tanışdır. Efirdə yaranan boşluq hətta qarışqaların həyatından bəhs edən filmlərin də “bəxtini açıb”. Məsələn, mayın 9-da “Xəzər” televiziyasında qarışqaların cütləşməsindən bəhs edən təxminən birsaatlıq film nümayiş olundu.Efir məkanında baş verən dəyişikliklər aşpazlarla yanaşı, həkimlərin də telekanallara gedən yolunu açıb. Biz tamaşaçılar tez-tez müxtəlif televiziya kanallarında həkimlərin öz pasiyentlərinə məsləhət verdiklərinin şahidi oluruq. Onların verdikləri məsləhətlər adətən bu cür olur: “Siz mütləq bizim klinikaya müraciət edin. Müayinə prosesi başa çatdıqdan sonra sizə səhhətiniz barədə daha ətraflı məlumat verə bilərik”. Maraqlısı isə odur ki, böyük Hippokratın azərbaycanlı davamçıları son vaxtlar hətta bədii-əyləncəli verilişlərdə də görünməyə başlayıblar. Nədənsə, efirə çıxan həkimlərin əksəriyyəti ancaq doğuş, hamiləlik kimi həssas mövzularda danışmağa üstünlük verirlər. Görünür, gəlirli sahə olduğu üçün təkcə xanımlar deyil, kişi həkimlər də ciddi-cəhdlə özlərini qadın xəstəlikləri üzrə mütəxəssis kimi təqdim etməyə çalışırlar.P.S. Mən bu yazını yazmağa başlayanda, “Space” telekanalında bığlı-saqqallı, yekəqarın bir kişi süni mayalanmanın üstün cəhətləri haqda danışırdı. Mən yazını tamamlayıb televizoru yenidən yandıranda, həmin yekəqarın kişi hələ də bir saat əvvəl dediyi sözləri təkrarlayırdı...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
18:10 18.10.2026
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi