Qarmaqla balıq tutmaq sevdasına düşənlərə pis xəbər
MARAQLI
13:20 25.06.2012
1823
Özünün də dediyi kimi 30 ilə yaxındır ki, balıqçılıqdan başqa məşğuliyyəti olmayan Hafiz Məmmədov və onun yoldaşları günlərinin çox hissəsini dənizdə keçirirlər. Daha doğrusu keçirirdilər, bir neçə gün əvvələ qədər. Balıqçılar deyir ki, daim dənizə mühərriksiz qayıqla girib qarmaqla balıq tuturdular. “İndi neçə gündür ki, bizə bunu da çox görürlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bizə dənizə çıxmağa icazə vermirlər”, - deyə o vurğulayıb.