Qatarlar puluz olacaq

Qatarlar puluz olacaq
Bütün Xəbərlər
11:42 16.01.2015
1312

“Biz hər il bu tədbiri həyata keçiririk”.

20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-də Tədbirlər Planı hazırlanıb.AZXEBER.COMun məlumatına görə, oxu.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov qeyd edilən tarixlə bağlı Abşeron şəhərətrafı zonada yanvarın 20-də saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

Tədbirlər Planına əsasən, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.

Eyni zamanda, anım günü “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

20 yanvar tarixdə saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

Nadir Əzməmmədovun qeyd etdiyinə görə, hər il 20 yanvar günü Bakı ətrafı hərəkət edən elektrik qatarlarının hərəkəti pulsuz həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR