Qatil prezident məhkəmə qarşısına çıxdı

Qatil prezident məhkəmə qarşısına çıxdı
Bütün Xəbərlər
11:19 20.02.2013
850

Kot-Divuarın insanlığa qarşı cinayətlərdə ittiham olunan keçmiş prezidenti Loran Qbaqbo fevralın 19-da Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin ona qarşı prosesin başlamasına dair qərar çıxartmalı olan hakimləri qarşısına çıxıb.AZXEBER.COM-unxarici mətbuata istinadən xəbər verir ki, Qbaqbo ölkəsinin beynəlxalq məhkəmə qarşısına çıxan ilk prezidentidir.O Haaqaya 30 noyabr 2011-ci ildə gətirilib. Prokurorluq Qbaqbonu 2010-2011-ci illərdə ölkədə yaranan siyasi böhran zamanı dinc vətəndaşların ölümünə səbəb olan prezidentə sadiq hərbi hissələrin fəaliyyətlərini əlaqələndirməkdə ittiham edir.

Belə ki, 2010-cu ilin dekabrında keçirilən prezident seçkisindən sonra Qbaqbo hakimiyyəti qalib namizəd Alassan Uattareyə verməkdən imtina edib. Nəticədə iki siyasətçinin tərəfdarları arasında silahlı münaqişə baş verib. Yalnız Fransanın köməkliyi ilə 2011-ci ildə Qbaqbonu həbs etmək mümkün olub.

OXŞAR XƏBƏRLƏR