Qaxda 2400 metr uzunluğunda kanal çəkilir

Qaxda 2400 metr uzunluğunda kanal çəkilir
Bütün Xəbərlər
10:50 29.04.2013
901

Qax rayonunda əkin sahələrinin suvarma suları ilə tam təmin olunması üçün kəndlərə beton kanallar vasitəsilə su veriləcək.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu məqsədlə Qaxda Meliorasiya Nazirliyinin xətti ilə Qax Suvarma Sistemləri İdarəsinin sifarişi əsasında, tikinti şirkəti tərəfindən təmir işləri həyata keçirilir.

Bu işlər əsasən Əmbərçay kəndinin əkin sahələrinin suvarma suyu ilə tam təmin olunması məqsədi daşıyır.Əvvəlki illərdə kənddə əkin sahələrinin suvarılmasında çətinliklər yaranıb, kənd sakinləri əkin sahələrini fasilələrlə suvarmaq məcburiyyətində qalıblar. Əmbərçay kəndinin əkin sahələrinə çəkiləcək su xətti bol sulu Kürmük çayından götürüləcək.Əkin sahələrinə suyun fasiləsiz və intensiv verilməsi üçün Kürmük çayının məcrasında baş sugötürücü qurğu tikiləcək. Həmin qurğudan suvarma kanalına su veriləcək. 2400 metr uzunluğunda olan kanalda əsaslı təmir işləri aparılır. Suvarma kanalının üzərində 5 ədəd subölən qurğunun və 3 ədəd körpünün salınması nəzərdə tutulub.Bütün bu əsaslı təmir işlərinin yekunlaşmasından sonra Əmbərçay kəndində 230 hektar, Qaşqaçay kəndində 30 hektar və Keşqutan kəndində 20 hektar əkin sahəsi tam fasiləsiz suvarıla biləcək. Əsaslı təmir işlərinin ümumi dəyəri 130 000 manat təşkil edir. İşlərin may ayının sonunda tamamlanması nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR