Qazinin əlilliyi niyə dayandırılıb? - VİDEO

Qazinin əlilliyi niyə dayandırılıb? - VİDEO
SOSİAL
00:34 08.09.2026
703
Famil Üzeyirov İkinci Qarabağ müharibəsi əlili olduğunu bildirir.

AZXEBER.COM Baku TV-yə istinadən bildirir ki, onun sözlərinə görə, əlillik müddəti iyulun 5-də başa çatıb və bundan sonra əlilliyi dayandırılıb.

Vətəndaş əlilliyin yenidən müəyyən edilməsi üçün tələb olunan sənədləri hazırlayaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasına təqdim edib. Lakin onun iddiasına görə, artıq iki aydır ki, "Forma 88"in hazırlanmasını gözləyir.

"İyul ayının 5-i əlilliyimin müddəti bitdi. Dedikləri kimi, bütün sənədlərimi toplayıb təqdim etdim. Sentyabrın 1-də heç bir əmr çıxmadığına görə xəstəxanaya yaxınlaşdım. Abşeron Rayon Mərkəzi Xəstəxanasında cərraha müraciət etdim və soruşdum ki, sənədlərim sistemə vurulub, ya yox. Pəncərədən sənədləri götürüb mənə təqdim etdi və bildirdi ki, hələ sistemə vurulmayıb. Səbəbini soruşanda dedi ki, yenidən travmatologiyaya getməliyəm. Travmatologiyaya getdim, müayinədən keçdim və sənədləri təsdiqlətdim. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Bildirdilər ki, TƏBİB-ə müraciət etməliyəm. TƏBİB-ə yaxınlaşdım. Orada bir xanım məni qəbul etdi və dedi ki, xəstəxananın baş həkimi məni yanına çağıracaq və orada mənə köməklik göstərəcəklər. Artıq dörd gündür nə zəng gəlir, nə də başqa bir məlumat verilir. Beş ildir ayağımdan çirk gəlir, hələ də sağalmayıb. Beş ildir ki, bu vəziyyətdə yaşayıram", - o söyləyib.

Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, tibbi sənədləşmə zamanı həkim-travmatoloqun rəyində çatışmazlıq müəyyən edilib.

Rəyin tamamlanması üçün vətəndaşın təkrar müayinədən keçməsi tələb olunsa da, o, tibb müəssisəsinə yenidən müraciət etməyib. Bu səbəbdən "Forma 88"in rəsmiləşdirilməsi mümkün olmayıb. Vətəndaş tələb olunan tibbi müayinədən keçdikdən sonra sənədləşmə qanunvericiliyin tələblərinə uyğun olaraq tamamlanacaq.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə qeyd edilib ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Famil Üzeyirovun təyin olunmuş əlillik müddəti iyul ayında başa çatıb. Hazırda vətəndaşla bağlı elektron sistemə heç bir məlumat daxil edilməyib. Tibb müəssisəsi tərəfindən şəxs üçün yeni "Forma 88" sənədi rəsmiləşdirildiyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirilə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
14:26 23.10.2026
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
14:01 23.10.2026
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
13:57 23.10.2026
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
Zaur Rzayevin vəziyyəti açıqlandı
13:44 23.10.2026
Zaur Rzayevin vəziyyəti açıqlandı
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
13:25 23.10.2026
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
13:21 23.10.2026
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
67 şəhər və rayon öz xərclərini özü qarşılayacaq: Bu əhalinin rifahına necə təsir edəcək?
13:20 23.10.2026
67 şəhər və rayon öz xərclərini özü qarşılayacaq: Bu əhalinin rifahına necə təsir edəcək?
Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
12:52 23.10.2026
Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq