Qəbələ rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 57-ci kilometrliyində, Qəbələnin Vəndam qəsəbəsində qeydə alınıb. Vəndam qəsəbə sakini, 1978-ci il təvəllüdlü Müsrüyev Sırac Sahib oğlunun idarə etdiyi 10-KD-433 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik maşını qarşı tərəfdən gələn Məmmədağalı kənd sakini 1980-ci il təvəllüdlü Məmmədov Anar Vidadi oğluna məxsus 90-HG-767 dövlət nömrə nişanlı “VAZ 2104” markalı maşınla toqquşub. Zərbənin təsiri nəticəsində “VAZ 21099” markalı maşın istiqamətini dəyişərək yolun sağ tərəfində dayanmış vəziyyətdə olan Vəndam qəsəbə sakini, 1979-cu il təvəllüdlü Musayev İsa Ağaəziz oğluna məxsus 90-BS-215 dövlət nömrə nişanlı, “VAZ 21154” dövlət nömrə nişanlı maşına, sonra isə yolun kənarındakı hasara çırpılıb. Hadisə nəticəsində “VAZ 21099” və “VAZ 2104” markalı maşınların sürücüləri, eləcə də “VAZ 21099” markalı maşındakı sərnişin - 1978-ci il təvəllüdlü Cəbrayılov Şirvan İsmayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.