Qəbul imtahanlarının vaxtı açıqlandı - TARİXLƏR

Qəbul imtahanlarının vaxtı açıqlandı -  TARİXLƏR
Bütün Xəbərlər
12:10 15.02.2013
3810

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilkin vaxtını açıqlayıb. 

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü kecirdiyi mətbuat konfransında deyib ki, ilk imtahanın III ixtisas qrupu üzrə keçirilməsi nəzərdə tutulur. Bu qrup üzrə imtahan iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə avqustun 3-də keçiriləcək. Abbaszadə deyib ki, bu tarixlər layihə şəklində müəyyənləşdirilib və imtahanın təşkilində iştirak edən müvafiq orqanlarla birgə dəqiqləşdirilib. "Bu layihədə hansısa dəyişiklik ola bilər. Bu dəyişiklik hava şəraiti və digər şəraitlərlə əlaqədar ola bilər. Ötən il qəbul imtahanlarını elan etmişdik, ancaq buraxılış imtahanları TQDK tərəfindən keçirildiyi üçün qəbul imtahanlarının vaxtı dəyişdirildi", - Abbaszadə əlavə edib.

OXŞAR XƏBƏRLƏR