Qəddafini öldürmədən öncə belə döydülər - VİDEO

Qəddafini öldürmədən öncə belə döydülər - VİDEO
Bütün Xəbərlər
21:07 21.10.2011
2861

Oktyabrın 20-də yaralı olaraq yaxalanan və döyüləndən sonra güllələnərək öldürülən Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin yeni görüntüləri ortaya çıxıb. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi öldürülməmişdən əvvəl deyir ki, “mənə qarşı hərəkətləriniz haramdır, siz günaha yol verirsiniz, mən sizin atanızam, haram nədir, bilmirsiniz”.

Görüntülərdə Liviya Milli Keçid Şurasının bir qrup silahlısı təpiklə Müəmmər Qəddafinin başına vurur. Müəmmər Qəddafi “mənə qarşı etdikləriniz haramdır!” desə də, silahlılar onu ölənə qədər təpikləməyə davam edirlər. Digər bir görüntüdə isə döyüşçülərdən biri Müəmmər Qəddafinin üzərindən qanlı köynəyini və barmağından arvadı Safiyənin adı yazılan, 1970-ci ildə barmağına taxdığı üzüyü çıxarır. Həmin döyüşçüyə yoldaşları deyirlər ki, “bu üzüyü heç kəsə vermə, 1 milyon dollardan baha satarsan”.
OXŞAR XƏBƏRLƏR