«Qədim Bakı xatirələri» adlı tədbir keçirilmişdir

«Qədim Bakı xatirələri» adlı tədbir keçirilmişdir
Bütün Xəbərlər
12:00 13.03.2015
1199
Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində yeniyetmə və gənclər arasında mədəni irsimizin təbliği, paytaxtımız Bakı şəhərinin və onun qədim tarixi abidələrinin yaxından öyrənilməsi məqsədi ilə «İçərişəhər» Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsinin «İçərişəhər» tarixi muzeyi ilə birgə «Qədim Bakı xatirələri» adlı tədbir keçirilmişdir.
Səbail rayon İcra Hakimiyyəti, «İçərişəhər» DTMQ İdarəsinin nümayəndələrinin, «İçərişəhər» tarixi muzeyinin əməkdaşlarının, tarixçi-alimlərin, tədqiqatçıların, Təhsil Kompleksinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq iştirakçılara Təhsil Kompleksi, onun tarixi, məzunları barədə ətraflı məlumat vermişdir.
Sonra Təhsil Kompleksində fəaliyyət göstərən muzey ekspozisiyasının zənginləşdirilməsi məqsədi ilə «İçərişəhər» tarix muzeyinin fondunda olan fotolardan ibarət «Qədim Bakı» adlı güşənin və 150 illik tarixə malik olan Təhsil Kompleksinin əsaslı təmiri zamanı binanın özülündən aşkar olunmuş və mütəxəssis arxioloqlar tərəfindən rəy verilmiş artefaktlardan ibarət yeni ekspozisiyanın açılışı olmuşdur.
«İçərişəhər» tarixi muzeyinin direktoru Ceyhun Ağakişibəyli, «İçərişəhər» DTMQ İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi, tarix elmləri doktoru Vəfa Quliyeva, Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov çıxış edərək tədbirin əhəmiyyəti, şagirdlərin qədim tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulamışlar.
Kompleksin akt zalında keçirilən ədəbi hissədə Bakı tipajlarından ibarət etno – mədəni canlı səhnəciyin və “Bakı tipajları” adlı sərginin nümayişi təşkil olunmuşdur.
Tədbirdə «Qədim Bakı xatirələri» mövzusunda çıxış dinlənilmiş, muzeyin fondunda saxlanılan foto şəkillər əsasında hazırlanmış «Qədim şəhərə səyahət» adlı film nümayiş etdirilmiş, İçəri şəhərdə çəkilmiş bədii və sənədli filmlərdən ibarət video-oyunlar, tapmacalardan ibarət viktorinalar keçirilmiş, musiqi nömrələri səsələnmişdir.
Viktorinada və sual-cavabda fəallıq göstərən şagirdlərə hədiyyələr və İçəri şəhər muzeylərinə pulsuz baxış üçün «Şanslı bilet»lər təqdim olunmuşdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
12:26 15.08.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib
12:10 15.08.2025
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib