Qədir Rüstımovun vəziyyəti ağır olaraq qalır

Qədir Rüstımovun vəziyyəti ağır olaraq qalır
Bütün Xəbərlər
15:03 12.11.2011
1339
Atamın səhhətində heç bir irəliləyiş yoxdur. Gözləməkdən başqa çarəmiz qalmayıb. Orqanizm funksiyasını yerinə yetirmir. Böyrəyini aparatdan ayırdılar, amma böyrəyi də funksiyasını yerinə yetirmir. Nəfəs aparatına qoşulmuş vəziyyətdədir, aparat vasitəsi ilə nəfəs alır”.Bu açıqlamanı APA-ya Türkiyənin İstanbul şəhərindəki “Acibadem” xəstəxanasında həkim nəzarətində olan Azərbaycanın görkəmli muğam ifaçısı, xalq artisti Qədir Rüstəmovun oğlu deyib. O bildirib ki, həkimlər sənətkarın vəziyyəti qənaətbəxş qiymətləndirmirlər: “Beyninin işləməsi və fəaliyyətini davam etdirməsi üçün lazım olan antibiotik vurulub. Vurulan antibiotik öz təsirini 3-4 həftədən sonra göstərir. Biz də bu müddəti gözləyirik”.Qeyd edək ki, koma vəziyyətinə düşmüş Qədir Rüstəmov 25 gündür ki, “Acıbadem” xəstəxanasında həkim nəzarəti altındadır.
OXŞAR XƏBƏRLƏR