Qəhrəmanlar unudulmur! - Əliabbas İsgəndərov

Qəhrəmanlar unudulmur! - Əliabbas İsgəndərov
Bütün Xəbərlər
14:41 25.07.2012
2422

QAT-dan AZXEBER.COM-a verilən məlumata görə, 25 iyul Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür. Əliabbas Qara oğlu İsgəndərov 1958-ci il iyulun 25- də Ağdam rayonu Kürdlər kəndində anadan olub. O, 1991-ci ilin noyabrında Ağdam özünümüdafiə batalyonuna daxil olub, çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirib, düşmən mövqelərinin aşkar edilib dağıdılmasında xüsusi xidmətlər göstərib, 1992-ci ilin fevralında Umudlu kəndində mühasirəyə düşmüş 40 nəfər döyüşçünü xilas edib, 1992-ci il martın 4-də Qazançı kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. Ağdam Şəhidlər Xiyabanında dəfn edilib.

OXŞAR XƏBƏRLƏR