Hikmət Baba oğlu Nəzərli 1966-cı il martın 7-də Bakı şəhərində anadan olmuşdur. O, 1991-ci ilin dekabrında könüllülərdən ibarət Şıxov batalyonunun tərkibində Qarabağa yola düşmüş, Ağdam, Umudlu, Xocalı istiqamətində döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. 1992-ci ilin fevralında Xocalı ətrafında düşmənlə son döyüşə girmiş, idarə etdiyi hərbi maşınla düşmənin qarşısını kəsmiş, dinc sakinlərin təhlükəsiz yerə aparılmasında şücaət göstərmişdir. Sonrakı taleyi ilə bağlı heç bir məlumat yoxdur.