ANS-in tanınmış xəbər aparıcısı Qənirə Ataşovanın kanaldan ayrılması ilə bağlı xəbərlər yayılıb.
AZXEBER.COM-un məlumatına görə, məlumat ilk növbədə sosial şəbəkələrdə yayımlanıb. Məlumata görə, xanım aparıcı ilə şirkətlər qrupunun prezidenti Vahid Mustafayev arasında narazılıq yaşanıb və ANS-in prezidenti onu kanaldan qovub.
Məsələyə aydınlıq gətirmək üçün ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədovla əlaqə saxladıq. M.Məmmədov AZXEBER.COM-a açıqlamasında Qənirə Ataşovanın hazırda iş başında olduğunu və yayılan bu söhbətlərin əsassız olduğunu deyib:
“Şirkət daxilində belə bir problem yaşanmayıb. Qənirə xanım hazırda öz işinin başındadır. Bu xəbər əsassızdır”.