Qənirə Paşayeva: ''Heç bir bizneslə məşğul olmuram'' - AÇIQLAMA

Qənirə Paşayeva:
Bütün Xəbərlər
08:15 31.10.2012
1490
Millət vəkili Qənirə Paşayeva öz facebook səhifəsində Azərbaycanın müxtəlif rayonlarında ticarət obyektlərinin olması ilə bağlı şayiələrə münasibət bildirib.AZXEBER.COM-unxəbərinə görə, millət vəkili sosial şəbəkə istifadəçilərindən birinin ona “Xızıda ferması, Salyanda üzüm plantasiyaları, soyuducuları, aptekləri və s olması “ barədə mesaj yazdığını bildirib.Millət vəkili bunların həqiqəti əks etdirmədiyini qeyd edib: “Yalanı, böhtan və şəri belə asanlıqla danışan insanları İnsan belə adlandırmağa adamın dili gəlmir. Çünki Allahdan qorxmayan bəndəyə hər böhtanı atmağa da qorxmaz və belələri ən qorxulu adamlardır. Qoy bunu deyənlər o “obyektləri” göstərsinlər. Özünüz soruşun, araşdırma aparın ki, mənim onlarla bir əlaqəm var ya yox... Gör nə qədər cahil adamlardır ki, düşünmürlər, mən ferma saxlayanamsa, onu niyə doğulduğum və millət vəkili olduğum Tovuzda yox, həyatda cəmi bir neçə dəfə yolum düşdüyü Xizıda saxlayıram? Tovuz əsl heyvardarlıq üçün minbit rayondur. Eləcə də üzümçülüklə... Mən onunla məşğul olsam, elə Tovuzda məşğul olaram, daha niyə Salyana gedim ki?”
OXŞAR XƏBƏRLƏR