Qənirə Paşayeva makedoniyalı həmkarı ilə görüşdü

Qənirə Paşayeva makedoniyalı həmkarı ilə görüşdü
Bütün Xəbərlər
13:00 18.04.2013
1058

Millət vəkili Qənirə Paşayeva Ərdoğan Saraçla Qarabağ həqiqətlərinin Makedoniyada daha geniş yayılmasını müzakirə edib

AZXEBER.COM-un məlumatına görə, millət vəkili Qənirə Paşayeva Makedoniya Türk Milli Birlik Hərəkatı Partiyasının sədri, millət vəkili Ərdoğan Saraç ilə görüşüb

Azərbaycan ilə Makedoniya arasında münasibətlərin bütün sahələrdə daha da genişləndiyini qeyd edən millət vəkili Qənirə Paşayeva ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğuladı.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın Makedoniya ilə münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarının Makedoniya cəmiyyətində daha da geniş yayılmasına böyük ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə Türk Milli Birlik Hərəkatı Partiyasının gördüyü işlərə görə Ərdoğan Saraça təşəkkür edib və bildirib ki, Makedoniyadakı türk qardaşlarımızın və onları təmsil edən təşkilatların bu istiqamətdə aktivliyinin artması böyük önəm daşıyır.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində Türk Milli Birlik Hərəkatı Partiyasının öz səylərini bundan sonra da daha da artıracağına inandığını da deyib. Qənirə Paşayeva Makedoniya millət vəkili Ərdoğan Saraça Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onu Azərbaycana dəvət edib.

“Azərbaycanın dərdi bizim dərdimizdir”, - deyən Ərdoğan Saraç Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının və soyqırımların Makedoniya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördükləri işlərdən danışıb və bu istiqamətdə fəaliyyəti bundan sonra daha da sürətləndirəcəklərini bildirib. O deyib ki, bir millət vəkili kimi o da bu məsələni daim gündəmdə saxlayır və saxlayacaq. O, böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini və həm ölkələri, həm də Azərbaycan türkləri ilə Makedoniya türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük imkanları nəzərə alaraq ikitərəfli səylərin daha da artırılmasının vacibliyini vurğulayıb. Ərdoğan Saraç Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
16:47 15.08.2025
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib