Qənirə Paşayeva Mustafa Ali Çavuşla görüşdü

SİYASƏT
11:01 30.04.2013
1279

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarının Yunanıstan cəmiyyətində, Batı Trakyadakı bacı-qardaşlarımız arasında daha da geniş yayılmasına böyük ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə “Dostluk Eşitlik Barış (DEB)” Partiyasının, Yunanıstanda, Batı Trakyadakı türk qardaşlarımızın və onları təmsil edən təşkilatların bu istiqamətdə aktivliyinin artması böyük önəm daşıyır.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin Yunanıstan cəmiyyətinə, Batı Trakyaya daha geniş çatdırılması istiqamətində “Dostluk Eşitlik Barış (DEB)”(Batı Trakya,Yunanıstan) partiyasının öz səylərini bundan sonra da daha da artıracağına inandığını da deyib. Qənirə Paşayeva “Dostluk Eşitlik Barış (DEB)” Partiyasının sədri Mustafa Ali Cavuşa Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onu Azərbaycana dəvət edib.

“Azərbaycanın dərdi bizim dərdimizdir”, – deyən Mustafa Ali Cavuşa Azərbaycah həqiqətlərinin yayılması istiqamətində səylərini daha da sürətləndirəcəklərini bildirib. O, böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini bildirib və Yunanıstanda, Batı Trakyada yaşayan türkləri narahat edən məsələlərlə bağlı millət vəkili Qənirə Paşayevaya məlumat verib və fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR