Millət vəkili Qənirə Paşayeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Tovuzda ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə və zabitlərlə görüş keçirib.
AZXEBER.COM-un məlumatına görə, əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgərləri və zabitləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Azərbaycan xalqının millik birlik günü olan həmrəylik gününün əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva bütün azərbaycanlıların yalnız həmrəylik günündə deyil, həmişə həmrəy olmağının vacibliyini vurğulayıb.
Sonra millət vəkili və digər qonaqlar xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.
Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.
Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlər ilə birlikdə nahar ediblər.
Sonra Elza Seyidcahanın konsert proqramı ilə davam edib.