Qənirə Paşayeva Qırğızıstanlı həmkarı ilə görüşdü

Qənirə Paşayeva Qırğızıstanlı həmkarı ilə görüşdü
Bütün Xəbərlər
19:44 19.10.2012
1078
Millət vəkili Qənirə Paşayeva Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarov ilə görüşüb. Publika.Az-ın verdiyi xəbərə görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini deyib.
Qırğızıstan prezidenti Almazbek Atambayevin yüksək səviyyədə keçən Azərbaycan səfərinə toxunan millət vəkili Qənirə Paşayeva bu səfərdən sonra Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməyə başladığını vurğulayıb. O, Azərbaycan prezidenti, parlamentinin qardaş Qırğızıstanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışıb. Millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.
Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Daglıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb. Qırğızıstanın Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarov iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf etməsindən məmnunluğunu bildirib. O, iki ölkənin siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin sürətlənməsinin vacibliyinə də toxunub. T.Zulfukarov münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunu deyib və qardaş ölkələr arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inandığını vurğulayıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qırğızıstan parlamentinin sədr müavini Torobay Zulfukarovu Azərbaycana dəvət edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var