Qənirə Paşayeva şəhid Xətai Həsənovun atası ilə görüşüb

Qənirə Paşayeva şəhid Xətai Həsənovun atası ilə görüşüb
SOSİAL
13:29 14.01.2021
410
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Xətai Həsənovun atası Xaliq Nəsrəddin oğlu Həsənovla görüşüb və sizin kimi ailələrlə qürur duyuruq deyib.

AZXEBER.COM xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Xətai Həsənovun atası Xaliq Nəsrəddin oğlu Həsənovla görüşüb. 

Komitə sədri şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: "Əziz Şəhid atası, Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Oğlunuz Xətai Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib.

Xətai Ağdərə, Cəbrayıl və Talış kəndi istiqamətində mərdliklə döyüşüb.

Biz bilirik ki, oğlunuzun hələ uşaqlıqdan hərbiyə həvəsi olub. Bu həvəs onunla böyüyüb, xarakterik xüsusiyyətlər doğurub və təsadüfi deyil ki, Xətai döyüşlərin gedişində öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. Bu gün onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir.
 
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz.
Əziz şəhid atası,
Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərində "Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
04:43 05.11.2026
Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı
Britaniya ukraynalı uşaqlardan üzr istədi
04:33 05.11.2026
Britaniya ukraynalı uşaqlardan üzr istədi
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
04:23 05.11.2026
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
"Fənərbağça"nın keçmiş prezidenti barədə qərar verildi
04:13 05.11.2026
"Fənərbağça"nın keçmiş prezidenti barədə qərar verildi
Bu seçki Mask üçün də uğursuz oldu
04:03 05.11.2026
Bu seçki Mask üçün də uğursuz oldu
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb
03:53 05.11.2026
Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb
Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol
03:43 05.11.2026
Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol
ABŞ-də aralıq seçkilərdən sonra bir neçə ştatda tarixi dəyişikliklər baş verib
03:33 05.11.2026
ABŞ-də aralıq seçkilərdən sonra bir neçə ştatda tarixi dəyişikliklər baş verib
"Barselona"nın futbolçusu "Atletiko" ilə oyunu buraxacaq
03:23 05.11.2026
"Barselona"nın futbolçusu "Atletiko" ilə oyunu buraxacaq
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
03:13 05.11.2026
Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür