Qənirə Paşayeva Tofiq Bakıxanovla görüşdü

Qənirə Paşayeva Tofiq Bakıxanovla görüşdü
MƏDƏNİYYƏT
23:30 04.02.2021
890
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Mədəniyyət Komitəsində görüşüb, onu "Şərəf" Ordeni ilə təltif olunması və 90 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Tofiq müəllim,

Sizi, Azərbaycanın görkəmli bəstəkarı və professorunu, məşhur bakıxanovlar nəslinin layqili davamçısı və ağsaqqalını 90 illik yubileyiniz, "Şərəf" Ordeni almağınız münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik!

Siz Azərbaycanın məşhur alimi, tarixçi, şair və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun nəticəsi - görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində doğulmusuz. 

Sizin yaradıcılığınızda kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. Siz üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığınız 3 musiqili komediya ("Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifisiz.
Bakı Musiqi Akademiyasında 50 ildən çox pedaqoji fəaliyyətlə məşğul olmusuz.

1969-cu ildə bəri bir sıra beynəlxalq festivallarda, xarici ölkələrin məşhur konsert salonlarında müəllif konsertləri ilə çıxış etmisiz. Haqqınızda resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılıb, televiziya filmi çəkilib.

Siz Azərbaycan Respublikasında musiqinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli incəsənət xadimi olaraq, "Xalq artisti" fəxri adına, müstəqil Azərbaycanın yüksək "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüsüz. 

Sizi bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan ən xoş diləklərimi yetirirəm"!

Komitə sədri yubilyara Komitə adından Təbrik Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.

Xalq artisti öz sənət xatirələrini danışıb, çağdaş mədəniyyət və incəsənət aləminə dair mülahizələrini bölüşüb.  Xalq artisti Tofiq Bakıxanov səmimi görüş və təbrik üçün Komitə sədri Qənirə Paşayevaya təşəkkür edib, ona "Bakıxanovlar: nəslin nəciblik ənənələri" kitabını bağışlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?