Qənirə Paşayeva Tovuzda uşaqlar üçün “Kitab Günü” təşkil etdi

Qənirə Paşayeva Tovuzda uşaqlar üçün “Kitab Günü” təşkil etdi
SOSİAL
15:45 07.02.2019
3651

Məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və jurnallar hədiyyə edən millət vəkili Qənirə Paşayeva onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.
 
AZXEBER.COM xəbər verir ki, Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Tovuz məktəblərinin kitabxanalarına təkcə çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqları onlardan istifadə etməyə çağırıb.
 
Dövlət başçımız İlham Əliyevin və ölkəmizin 1-ci Vitse-prezidenti Mehriban Əliyevanın təhsilə və gənclərimizin savadlı olmasına verdiyi böyük önəmdən danışan millət vəkili Qənirə Paşayeva ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir və hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər deyib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib və sualları cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlərini də verib.
 
"Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!” Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: "Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib. Tədbirdə iştirak edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və şairə Çığatel İsaqızı çıxış edərək uşaqlara daha çox kitab oxumağın, mütaliənin əhəmiyyətini vurğulayıb, onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyiblər, daha sonra şairə Çığatel İsaqızı müəllifi olduğu şeirlərini səsləndirib.
 
Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
 
Millət vəkili Qənirə Paşayeva uşaqları maraqlandıran sualları da cavablandırıb. Təhsildə fərqlənən şagirdlərə millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri A.Bağırova tərəfindən hədiyyələr də təqdim olunub.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir