Qənirə Paşayeva bir neçə təklif ilə hökümət qarşısında çıxış etdi

Qənirə Paşayeva bir neçə təklif ilə hökümət qarşısında çıxış etdi
MƏDƏNİYYƏT
17:02 16.03.2021
907
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin bugünkü iclasında – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə müzakirələr zamanı çıxış edərək, mədəniyyət, incəsənət sahəsinə aid bir sıra vacib məsələlərə toxunub.

AZXEBER.COM xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin "Yalnız yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək” sözlərini xatırladan Komitə sədri, Ümumilli liderin bu fikrinin cənab Prezidentin siyasətində, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində gördüyü böyük işlərdə bugün öz əksini tapdığını vurğulayıb:

"Cənab Prezidentin Şuşanı Mədəniyyət paytaxtı elan etməsi dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən böyük məmnuniyyətlə qəbul edildi. Biz inanırıq ki, işğalçılıq və vandalizm siyasəti yürüdən Ermənistanın dağıtdığı tarixi-mədəniyyət abidələrimiz qısa zamanda bərpa olunacaq və cənab Prezidentin də vurğuladığı kimi Qafqazın mədəniyyət incisi olan qədim Şuşamız sadəcə Azərbaycanın deyil, Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı kimi bütün dünyada layiqli şəkildə tanınacaq.

Təsadüfi deyil ki dünən Azıx mağarasını ziyarət edən dövlət başçısı, bu mövzulara yenidən toxunaraq, istər Azıxda, istərsə, işğaldan azad edilmiş digər ərazilərimizdə həqiqi tarixi, arxeoloji tədqiqatların aparılması imkanını qeyd etdi, yerli və xarici mütəxəssislərə tədiqatlar üçün şərait yaradılacağını dedi”.
Sözlərinə davam edən Komitə sədri Nizami İli mövzusundan danışdı: "Bildiyiniz kimi cənab Prezident 2021-ci ili Azərbaycanda Nizami Gəncəvi İli elan edib. Bu cənab Prezidentimizin siyasətində mədəniyyətimizin inkişafının və təbliğinin nə qədər böyük yer tutduğunun bariz nümunəsidir. Biz inanırıq ki, Nizami irsinin ölkəmizdə və dünyada təbliğində çoxlu işlər görüləcək və Mədəniyyət Komitəsi olaraq hökumətimizdən bununla bağlı bir məsələyə xüsusi diqqət yetirilməsini xahiş edirik. Bilirsiniz ki, Nizami Gəncəvi ilə bağlı film sovet illərində çəkilib və mütəxəssislərin, ziyalıların da fikri bundan ibarətdir ki, bu gün ölkəmizə və dünyaya Nizami irsinin daha geniş təbliği baxımından yeni bir filmin çəkilməsinə ehtiyac var. Nizami ilində belə bir film üzərində işin başlanması Nizami ilinə, Nizami irsinə çox gözəl töhfə olardı və inanırıq ki, hökümətimiz bu məsələni xüsusi diqqətdə saxlayacaq.
Nizami İli çərçivəsində təbii ki, onun doğulduğu və yaşadığı qədim Gəncə şəhərimizə yerli və xarici qonaqların daha çox səfərlərini müşahidə edəcəyik. Azərbaycan xalqının qəhrəman oğullarından Cavad xanın xatirəsinin əziz tutulması, irsinin qorunması hər zaman cənab Prezidentin və ölkəmizin birinci vitse-Prezidenti Mehriban xanımın diqqətində olub və onun türbəsi məhz Mehriban xanımın dəstəyi ilə təmir olunub. Cavad xanın adını daşıyan fonda bu gün onun ailəsinin davamçılarından Valid xan rəhbərlik edir və onunla Mədəniyyət Komitəsində görüş zamanı cənab Prezidentin və hörmətli Mehriban xanımın Cavad xan adına və irsinə hər zaman yüksək münasibətini minnətdarlıqla qeyd etdi. Fond rəhbəri Gəncənin ən gözəl yerlərinin birində Cavad xana heykəl qoyulması ilə bağlı dövlət rəhbərliyinin tapşırıqlarının da qısa zamanda həyata keçəcəyinə inandığını vurğuladı. Bu məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti başçısı ilə müzakirəmiz zamanı başçı bildirdi ki, heykəllə bağlı artıq yer ayrılıb. Müvafiq qurumlardan xahiş edirik ki, bu heykəlin hazırlanması və qısa zamanda Gəncədə layiq olduğu yerdə ucaldılması ilə bağlı məsələlərə xüsusi diqqət yetirsinlər”.

Aşıq Ələsgərin bu il 200 yaşının tamam olduğunu xatırladan Q.Paşayeva dedi: "Bu il mədəniyyət xadimləri, bütövlükdə xalqımız cənab Prezident tərəfindən aşıq sənətinin böyük ustadı, tarixi Azərbaycan torpağı olan doğma Göyçə mahalının Ağkilsə kəndindəki məzarı ermənilər tərəfindən dağıdılmış Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi barədə Sərəncamını yüksək qiymətləndirir. Biz Mədəniyyət Komitəsinin üzvü, dəyərli alimimiz Əziz Ələkbərli ilə birlikdə Dədə Ələsgər Ocağının təmsilçisi ilə də, cənab Prezidentin sərəncamından irəli gələn məsələlər istiqamətində müəyyən müzakirələr apardıq.
Qüdrətli söz ustadının aşıq sənətindəki böyük yerini və rolunu, eyni zamanda işğalçı Ermənistanın vandalizm üzünü beynəlxalq aləmdə daha geniş tanıdılması baxımından Aşıq Ələsgərlə bağlı, dünyada nümayiş etdirə biləcəyimiz səviyyədə bir sənədli filmin bu il içərisində hazırlanmasına, beynəlxalq aləmdə geniş yayılmasına ehtiyac var.

Eyni zamanda, Aşıq Ələsgərin adına layiq heykəlinin respublikamızın paytaxtında ucaldılması da qüdrətli söz ustadının ruhunu şad edər, milli mədəni irsimizə töhfə olardı”.

Mədəniyyət Komitəsinin sədri çıxışının sonunda mədəniyyət, incəsənət xadimlərinin, gənc istedadların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daxil olmaqla, bir sıra sosial problemləri əhatə edən məsələlərlə bağlı da hökumətə ayrıca məktubla müraciət edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?