"Qərb ölkələri Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi üçün cəhdlər edir"

"Qərb ölkələri Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi üçün cəhdlər edir"
SİYASƏT
14:01 26.07.2023
401
"Kollektiv Qərbin siyasi məntiqi və bundan doğan ikili standartlar siyasəti ənənəvi hal alıb. Yəni bəzi Qərb ölkələri beynəlxalq hüquq və universal dəyərləri siyasi riyakarlıq vasitəsinə çeviriblər. Azərbaycan belə siyasətdən uzun illər əziyyət çəkib".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hazırda bəzi Qərb ölkələri Minsk qrupunun fəəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər etməyə çalışır: 

"Elə indiki mərhələdə də Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmamasının səbəblərindən biri də müxtəlif siyasət dəhlizlərində ayrı-ayrı dövlətlər tərəfindən Ermənistana verilən gizli dəstək və vədlər olub. Hazırda isə bəzi Qərb ölkələri Minksk qrupunun fəəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər etməyə çalşırlar. Təəssüf ki, belə cəhdlər okeanın o tayındakı bəzi mərkəzlər tərəfindən də dəstəklənir. Bütün bunlar isə Cənubi Qafqazın sülh regionuna çevriləsini daha da mürəkkəbləşdirir. Şübhəsiz ki, bu cəhdlər əbəsdir və elə cəhd olaraq da qalacaqdır".
 
Deputat Azərbaycanın suverenliyinin yenidən alver predmetinə çevrilməsinə yol verməyəcəyini vurğulayıb:

"Azərbaycan bir daha yol verməz ki, onun suverenliyi yenidən 30 il beynəlxalq manipuliyatorların siyasi alver predimetinə çevirilsin. Hazırkı mürəkkəb tarixi şəraitdə böyük güc mərkəzləri beynəlxalq hüququ və qlobal siyasi dəyərləri istismar edərək gözdən salırlar. Rusiya-Ukrayna müharibəsi kontekstində bu daha aydın görünür. Kollektiv Qərb Ukrayna xalqının faciəsi hesabına Rusiya ilə hərbi-siyasi hesablaşma aparır. Onun özünümüdafiəsi üçün lazım olan qədər silah-sursatla təmin etmir. Başqa bir tərəfdən öz strateji  maraqları naminə Rusiya razılaşmaq üçün gizli danışıqlar üçün fürsət axtarır. Eyni qaydada dünyanın ən fərqli coğrafiyalarında, ən fərqli platformalarda bir-biri ilə savaşan Rusiya və kollektiv Qərb Ermənistan – Azərbaycan məsələsində yenidən bir araya gələrək əməkdaşlıq etməyə hazır görünür. Ancaq bu mümkün olmayacaq. Çünki Azərbaycan öz müttəfiqləri ilə birlikdə əsla tarixin arxivinə göndərdiyi Minsk qrupunun yenidən ölkəmizin suveren hüquqları üzərində təzyiq qurmasına izin verməyəcək".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi