Qərb ölkəmizdə sabitliyi pozmağa çalışır: Azərbaycanı yaxından tanıyan FETÖ və SOROS-un əli ilə...

Qərb ölkəmizdə sabitliyi pozmağa çalışır: Azərbaycanı yaxından tanıyan FETÖ və SOROS-un əli ilə...
SİYASƏT
19:39 25.07.2023
899
Azərbaycanın hər keçən gün artan gücü, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi heç şübhəsiz ki, ən çox Qərbi narahat edir.

Özündən başqa heç kimi qəbul etməyən, "mən dediyimi et, men etdiyimi eləmə" prinsipi ilə yaşayan Qərb ölkələri Azərbaycanın daxili işlərinə qarışmağa və ölkəmizdəki sabitliyi pozmağa çalışır.

Siravi oxucu bu yerdə düşünə bilər ki, Qərb necə Azərbaycanın daxilinə qarışsın? Cavab isə çox sadədir: Qərb cəmiyyətimizi yaxından tanıyan, içinə sirayət edən FETÖ və SOROS-çuların əli ilə bu işi görməyə başlayıb. Son dövrlər Azərbaycanda radikal müxalifətin də fəallığı məhz bununla bağlıdır: Qərbdən düymə basılıb, FETÖ və SOROS Azərbaycanda fəallaşsın.

Elə son həbslər də təsadüfi deyil. Demək ki, hədəfdə Azərbaycandır. Qərb Türkiyədəki seçkilərdə heç nə əldə edə bilməyəndən sonra gözünü Azərbaycana dikib. FETÖ və SOROS-un rüsvayçı məğlubiyyəti Azərbaycanla kompensasiya edilməyə çalışılır.

Elə Qubad İbadoğlunun da müxalifətin "yeni siması" kimi hazırlamaq Qərbin növbəti planıdır. 

Uzun illərdir ki, Qubad İbadoğlu  qeyd olunan dairələrdən maliyyə alır və özünü elitar, ziyalı müxalifət lideri kimi cəmiyyətə təqdim etməyə çalışır. Onun yaxın dostu, həmfikri Cəmil Həsənlinin də həmin dairələrlə yaxşı münasibəti olduğu bəllidir. 

Uzun illərdir ki, xaricdə yaşayan İbadoğlunun birdən birə Bakıda peyda olması təsadüfdürmü? Əlbəttə ki, xeyr. Demək ki, Qərb Cəmil Həsənlidən sonra özünə yeni ziyalı lider tapıbmış. 

Bu yerdə sual oluna bilər ki, Qubad İbadoğlu axı İngiltərədə müəllim işləyir, bəs dərslərini qoyub necə Bakıya gəldi? 

Kiçik araşdırmamız nəticəsində məlum oldu ki, o  London School of Economics-də sadəcə qonaq müəllim kimi işləmişdir, onun heç də dissertantlar ilə işləməyə hüququ yoxdur. 


Görünən odur ki, son zamanlar Qərb dairələri fəallaşır və Azərbaycanın daxili məsələlərə müdaxilə etməyə cəhd edir. Azərbaycan tam suveren ölkədir və heç kimin onun daxili işlərinə müdaxilə etməyə hüququ yoxdur.
Bunu etmək istəyənlərin aqibəti isə hər kəsə məlumdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi