Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub.
AZXEBER.COM xəbər verir ki, bu haqda Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd edilib ki, Nail NDU nəzdində Naxçıvan Musiqi Kollecinin III kursunda oxuyub.
Reklamınızı SmartBee ilə effektiv edin.
Kollecin kollektivi adından məhrumun ailəsinə başsağlığı verilib.
Xatırladaq ki, mayın 23-ü gecə saatlarında Çeşməbasar kəndi ərazisində "Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib. Daha 5 nəfər isə yaralanıb.












































