Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% əlavə cərimə - Avtosığortada yeni qaydalar

Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% əlavə cərimə - Avtosığortada yeni qaydalar
SOSİAL
16:56 21.04.2026
516
Sığortalıların sığorta tarixçəsi üzrə mövcud "Bonus-Malus” sisteminə dəyişikliklər təsdiqlənib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, "Bonus-Malus” sistemi sürücülərin sığorta tarixçəsinə əsaslanaraq, onların risk səviyyəsini qiymətləndirən və bu qiymətləndirməyə uyğun olaraq sığorta haqlarına güzəşt və ya əlavələrin tətbiq olunmasını nəzərdə tutan mexanizmdir.

"Təsdiq olunmuş dəyişikliklərə əsasən, mövcud "Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Əvvəlki mexanizmdə mövcud olan "Bonus-Malus” sinifləri, eləcə də qəza və ya qəzasızlıq halında bu siniflər arasında keçidlərin əvəzinə daha sadə və anlaşılan yanaşma tətbiq olunacaq.

Belə ki, əvvəlki mexanizmlə oxşar olaraq, bu sığorta növü üzrə qəza törədilmədiyi halda şəxsin sığorta haqlarına 5% güzəşt tətbiq olunacaq. Üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman isə zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30% əlavə tətbiq olunur.

Bununla yanaşı, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq. Bu yanaşmanın məqsədi üçüncü şəxslərə zərərvurma ehtimalı ən yüksək olan şəxslərə münasibətdə intizamlı yanaşmanı gücləndirməkdir. Eyni zamanda, yeni dəyişikliklərə əsasən, qəza halında sığorta haqqına əlavələrin tətbiqi sığorta müqaviləsini bağlayan tərəfə deyil, üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxsə tətbiq olunacaq.

Hüquqi şəxslərə Sığorta Tarixçəsi Əmsalı tətbiq olunmayacaq. Bununla belə, hüquqi şəxslərin nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərə zərər vuran nəqliyyat vasitəsini idarə edən şəxslərin sığorta haqlarına isə əlavə tətbiq olunacaq. Taksi fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə Sığorta Tarixçəsi Əmsalının tətbiq olunması dəyişilməz olaraq davam etdiriləcək.

Ümumilikdə, təqdim olunan dəyişikliklərin əsas məqsədi nəqliyyat vasitəsini idarə edərkən üçüncü şəxslərin səhhətinə və əmlakına zərərvurma ehtimalına əsaslanan ədalətli, həmçinin risk əsaslı yeni modelin tətbiq olunmasıdır. Təsdiq olunmuş dəyişikliklər dərc edildiyi gündən iki ay sonra qüvvəyə minəcək”, - AMB-nin məlumatında qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
18:32 03.11.2026
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Pakistanda hücum zamanı iki polis öldürülüb
18:16 03.11.2026
Pakistanda hücum zamanı iki polis öldürülüb
Tramp İsrailə hərbi yardımı dayandıracaq
17:58 03.11.2026
Tramp İsrailə hərbi yardımı dayandıracaq
İham Əliyev İliyana Yotovanı təbrik etdi
17:42 03.11.2026
İham Əliyev İliyana Yotovanı təbrik etdi
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
17:31 03.11.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
17:15 03.11.2026
DTX əməliyyat keçirdi - Murad Fərtiyev Azərbaycana gətirildi, həbs edildi
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
16:57 03.11.2026
İlon Maskdan dünyanı şoka salan proqnoz: “3 ildən sonra…”
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
16:47 03.11.2026
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
16:45 03.11.2026
“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimat mərasimi keçirilib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
16:43 03.11.2026
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
16:41 03.11.2026
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
16:31 03.11.2026
İdman zalında gizlənən ölüm təhlükəsi: “Heç bir şikayətləri olmur, amma...”
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
16:24 03.11.2026
Prezidentin vəzifəyə təyin etdiyi Səbuhi Sadıqov kimdir? - DOSYE
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
16:21 03.11.2026
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
16:19 03.11.2026
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama
16:12 03.11.2026
Böyük Qayıdışda ailənin bütün üzvlərinə ev veriləcək? – Deputatdan açıqlama