Qəzza sakinlərinə 10 milyon dollar yardım ediləcək
Bütün Xəbərlər
12:00 19.11.2012
732
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında yaşayan əhalini tibbi ləvazimatlarla təhciz etmək məqsədilə 10 milyon dollar toplamaq qərarına gəlib. "Agence France-Presse” yazır ki, ÜST-ün hesablamalarına görə, bu məbləğ fələstinliləri 3 ay müddətində lazımı tibbi vəsaitlə təhciz etməyə yetəcək.Eyni zamanda İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi saytında yer alan məlumata görə, İsrail fələstinlilərə humanitar yardım göstərilməsi üçün dəhliz açıb. Belə ki, noyabrın 18-də qida, süd, qaz və tibb ləvazimatları ilə təhciz olunmuş 124 yük maşını Qəzzaya keçib.