QHT-lər istedadlı gənclərə dəstək olurmu?

GƏNCLİK
20:47 25.05.2011
1806
Şübhəsiz, bütün bunlar sevindirici haldır. Həmin layihələrə yeniyetmə və gənclər kütləvi şəkildə cəlb olunurlar. Lakin bunun üçün həmin yeniyetmə və gənclərin hər hansı gənclər təşkilatlarına, ictimai birliklərə, gənclər klublarına və s. qurumlara üzv olmaları labüddür.
Heç bir sosial quruma üzv olmayan və ya müəyyən səbəblərdən üzv ola bilməyən gənclərin isə bu işləri həyata keçirmək cəhdləri baş tutmur. Daha doğrusu, həmin gənclərin sözügedən layihələri tətbiq etməsi üçün onlara maliyyə və informasiya dəstəyinin göstərilməsi gərəkdir. Bəs görəsən, onlara kömək edənlər olurmu? Və ya olursa, hansı formada?

Azərbaycanda novator gənclərin olması danılmazdır. Lakin onlara yardım əlini uzadan QHT-lərin olub-olmaması şübhə doğurur. Çox güman ki, onların məhz bu istiqamətdə yetərincə təcrübələri yoxdur.

Orxan Məmmədov 

OXŞAR XƏBƏRLƏR