Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO

Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
SOSİAL
22:48 11.09.2026
75
Qida məhsullarının vahid izlənmə sistemi yaradılacaq...

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, bu Qida təhlükəsizliyinin təmin edilməsinə dair  2027-2032 ci illər üçün Dövlət Proqramında əksini tapıb. Bununla məhsulun istehsaldan istehlaka qədərki bütün mərhələlərini izləmək mümkün olacaq.

Proqramda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə yeni normativ hüquqi aktların hazırlanacaq, sahibkarlar yeni tələblər barədə məlumatlandırılcaq və qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik tələbləri gücləndiriləcək.

Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılmasının təşviqi də nəzərdə tutulur. Proqrama əsasən, utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübə araşdırılacaq. Heyvanların identifikasiyası istiqamətində də yeni mərhələyə keçid planlaşdırılır.

Bu tədbirlər Azərbaycan balının və digər arıçılıq məhsullarının, eləcə də quşçuluq məhsullarının yeni xarici bazarlara çıxışına imkan yaradacaq. Bu məqsədlə yeni ixrac bazarları araşdırılacaq, həmin ölkələrin tələbləri öyrəniləcək və məhsulların ixracı üçün müvafiq icazələrin alınması istiqamətində işlər genişləndiriləcək.
OXŞAR XƏBƏRLƏR