Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlənib.
AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb. Qurum görülən işlər barədə ildə bir dəfə dövlət başçısına hesabat təqdim etməlidir.
Sənədlə öhdəliklərin yerinə yetirilməsinin monitorinqi və qiymətləndirilməsi AQTA-nın sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə hər il dövlət büdcəsi və dövlət investisiya proqramlarının tərtibi zamanı Dövlət Proqramının icrası üçün tələb olunan maliyyə vəsaitinin ayrılmasını təmin edəcək.











































