Qırğızıstanda ali məktəbin 64 yaşlı azərbaycanlı tələbəsi - FOTOLAR

Qırğızıstanda ali məktəbin 64 yaşlı azərbaycanlı tələbəsi -  FOTOLAR
Bütün Xəbərlər
18:06 05.12.2014
804

“Mən heç vaxt bundan utanmamışam”.

Oş (Qırğızıstan) şəhərində ali tibb məktəblərinin birində 64 yaşı tamam olan Ədalət Musayev təhsil alır.

AZXEBER.COM özbək KİV-nə istinadən xəbər verir ki, Ə.Musayev milliyyətcə azərbaycanlıdır.

Tələbənin sözlərinə görə, gənc yaşlarında ali məktəbi bitirməyə imkanı olmayıb.

Təqaüd qabağı yaşında ali təhsil alma imkanı yaranıb. Ə.Musayev uzun müddət Özbəkistanda tibb sahəsində çalışıb, amma dediyinə görə lazımi səviyyədə xidmət göstərmək üçün yetərincə biliyə sahib deyildi. Təhsil almaq məqsədi ilə Qırğızıstana gəlib.

“Mən uşaqlıqdan həkim olmaq arzusunda olmuşam. Uşaqlıqda itləri və pişikləri müalicə etməyə cəhd edirdim. Mənim Qırğızıstandan olan dostlarım Oşda yaxşı tibb təhsili almaq mümkün olduğunu söylədilər.

Hal-hazırda onkoloji xəstəliklər sahəsində təhsil alıram. Mən heç bir zaman bu yaşımda təhsil almağa başladığımdan utanmamışam. Çoxları niyə oxumağa getdiyimi soruşurlar. Deyirəm ki, əgər getmişəmsə demək lazım idi”, - o deyir.

Ə.Musayev universitetlərin birinin yataqxanasında yaşayır.

OXŞAR XƏBƏRLƏR