‘Qış bulvarı’ hazırdı

‘Qış bulvarı’ hazırdı
Bütün Xəbərlər
10:54 03.05.2013
3538

Füzuli və Mirzağa Əliyev küçələri arasında salınan, paytaxtın ikinci ən böyük istirahət parkı yaxın günlərdə istifadəyə veriləcək. AZXEBER.COM-un AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyevin tapşırığına əsasən inşa olunan park kompleksi 4 min 500 avtomobil tutumuna malik yeraltı dayanacağın üzərində tikilir. Yeraltı dayanacağa daxil olan sürücü elektron tablolar vasitəsilə boş yerlər haqqında məlumat alacaq. Dayanacağın üst ərazisində isə qeyri-adi təbiət guşəsi yaradılıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb. Burada 2 minə yaxın ağac, 10 mindən çox bəzək kolu əkilib. Parkda beş fəvvarənin tikintisi də artıq tamamlanıb. Aparılan tikinti hesabına Şəmsi Bədəlbəyli küçəsi 770 metr uzadılaraq Füzuli meydanına çatdırılıb. Bundan əlavə, Səməd Vurğun küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 212 metrədək ərazi də yenidən qurulub.

OXŞAR XƏBƏRLƏR