QİÇS-dən necə qorunaq?

QİÇS-dən necə qorunaq?
Bütün Xəbərlər
17:57 05.12.2014
1731
Tərlan Həsənli
Bildiyimiz kimi , hal-hazırda QİÇS-ə yoluxanların sayı artmaqdadır. Mövcud problemin artmasının əsas səbəblərindən biri də insanların bu barədə yetərincə məlumatlarının olmaması və ya xəstəlikdən düzgün müdafiə olunmamasıdır. Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən dekabrın ilk gününü “Ümumdünya QİÇS-lə mübarizə günü” elan edib. Hər gün dünyada bu xəstəlikdən kifayət qədər insan vəfat edir. Dünyanı cənginə almış QİÇS (ingiliscə AİDS, rusca SPİD) epidemiyası insan həyatı üçün təhlükə törədən bəlaya çevrilib. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini - milləti, icmanı, ailəni, hər bir fərdi əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır.Bu xəstəliyə yoluxmuş şəxs təxminən 5-10 il ərzində sağlam görünür və bir çox hallarda orqanizmində bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QİÇS immun çatışmazlığı immun sisteminin mühüm toxumalarının böyük bir hissəsinə yayılmaqla inkişaf edir. Bu zaman inkişaf sistemi o dərəcədə zəifləyir ki, artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tədricən azalır və tamamilə tükənir.Son illər ölkəmizdə QİÇS-lə mübarizə aparmaq üçün xeyli işlər görülmüşdür. Bu sahəyə olan dövlət qayğısını xüsusilə vurğulamaq lazımdır. 1996-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi "İnsanın immunçatışmazlıq virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması" haqqında Qanun qəbul etmişdir. QİÇS daşıyıcıları müasir və geniş imkanlı avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrində dövlət hesabına müalicə olunurlar. Bu virusdan əziyyət çəkən xəstələr daima öz üzərilərində bu qayğını hiss edirlər və onlar üçün yaradılmış bu şəraitdən çox razıdırlar. Belə ki, bir çox orta və ali təhsil müəssisələrində bu virusla bağlı bir sıra maarifləndirmə prosesi həyata keçirilir. O cümlədən metro, avtobus kimi ictimai nəqliyyat vasitələrində QİÇS və ona yoluxma yolları ilə bağlı maarifləndirici plakatlar yapışdırılır, kütləvi informasiya vasitələrində də bu məsələ daim diqqət mərkəzində saxlanılır.Çox təəssüflər olsun ki, QİÇS daşıyıcılarının böyük bir qisminin gənclər olduğunun şahidiyik.. Hər bir dövlətin sağlam gələcəyi onun sağlam gəncliyindən çox asılıdır. Amma gənclərinin bir qismi narkotik istifadəçisi, bir çoxu tütün alüdəçisi və digər qismi QİÇS daşıyıcıları olarsa, bu zaman həmin ölkənin gələcəyi sual altında deyilmi?
OXŞAR XƏBƏRLƏR