Qış universitetlərinin gənclərin həyatında əhəmiyyəti nədədir?

GƏNCLİK
17:53 27.11.2012
1353

Gənc Liderlər üçün Yay və Qış Universitetləri Azərbaycanın potensiallı, qabaqcıl və istedadlı gənclərini bir araya toplayıb, onlar üçün bir müzakirə mühiti yaradan layihədir.

Bizim məqsədimiz də hər bir potensiallı gəncə öz məqsədinə çatmaq üçün yol göstərmək, kömək etməkdir.Bu fikirləri AZXEBER.COM-a açıqlamasında “İrəli” İctimai Birliyinin rəhbəri Rauf Mərdiyev deyib.O qeyd edib ki, hər bir universitetdən olan gənc iştirakçılar özünün dünyagörüşü və bacarığı ilə seçilir:“Məhz bu fərqlilikləri ilə onlar seçilərək bir layihəyə qatılmaq şansı əldə edirlər. Layihənin davam etdiyi bir neçə gün ərzində isə onlara verilən bu böyük şansdan nə dərəcədə yararlanacaqları və gələcəkdə bundan necə istifadə edəcəkləri isə özlərindən asılıdır”.R.Mərdiyev vurğulayıb ki, hər il baş tutan Yay və Qış Universitetlərinin hər biri istər mövzular, istərsə də ekspertlər baxımından bir-birindən fərqlənir. Belə ki, yeniliklərdən biri də rəsmiyyətin az olması və daha çox səmimi təqdimatlara yer ayrılması ilə bağlıdır.“Bununla da gənclər bəyəndikləri, mətbuatdan izlədikləri ekspertlərlə birbaşa ünsiyyətdə olaraq səmimi söhbət əsnasında başqa heç yerdə əldə edə bilməyəcəkləri biliklərə yiyələnirlər”.Artıq ənənəvi hal alan bu layihələrdə önəmli məqamın medianın təmsil olunması və onlar tərəfindən şəraitin yaradılması olduğunu deyən R.Mərdiyev, beləliklə də düşərgələrin fəaliyyətini ölkədə hər kəsin izləyə bildiyini vurğulayıb.“Artıq neçə ildir ki, təşkilatımız tərəfindən önə çəkilən ənənəvi Yay Universiteti, Qış Universiteti brendləri sınaqdan uğurla keçir. Əminəm ki, növbəti qışa planlaşdırdığımız Gənc Liderlər üçün Qış Universitetində daha çox iştirakçının və daha çox ekspertin rəğbətini görəcəyik”.

OXŞAR XƏBƏRLƏR