Qısqanc kişi sevgilisinin burnunu yedi - FOTO

DÜNYA
22:05 08.01.2020
4579
Kanadanın Toronto şəhərində sevgilisini qısqanan kişi qızın burnunu qoparıb.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Allison Danilko, sevgilisi Nik Graval ona vanna otağında hücum edib.

30 yaşlı Nikin qızın Kosta Rikaya getməsinə icazə vermək istəməyib. Bu səbəbdən cütlüyün aralarında mübahisə yaranıb.

"Məni divara sıxdı, qışqırmağa başladım, ancaq o, məni buraxmadı. Qəfildən burnumu dişlədi", - qız qeyd edib. Zərərçəkən qaçaraq oğlanın əlindən xilas olub. Allison təcili xəstəxanaya çatdırılıb.

Polis qopmuş burunu tapa bilməyib. Qız isə sevgilisinin onu yediyini, ya da unitaza tulladığını iddia edib.
 
İndi Allison burnunu bərpa etmək üçün rekonstruktiv plastik əməliyyat keçirməlidir.
 

 


OXŞAR XƏBƏRLƏR