“Bu pyesdə bir dostun digər dostunun namusunu təmizləməsi nəzərdə tutulur”
“Bu tamaşa ilk dəfə başqa bir rejissorun diplom işi olub”.
“İllər öncə işğal zamanı qardaşını və anasını tək buraxaraq Bakıya qaçdığını etiraf edir”
““Qatil” pyesini qələmə alarkən onun reallıqda baş verdiyinə heç bir şüphəm yox idi”.
Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir. Festivalın informasiya partnyoru AZXEBER.COM portalı paytaxtdan festivala qatılan truppaların təlim-məşq toplantılarından müsahibələr təqdim etməkdə davam edir. AZXEBER.COM portalı “Qisasın rəngi” pyesinin quruluşçu rejissoru Azər Cəfərin müsahibəni təqdim edir...
“Bu pyesdə bir dostun digər dostunun namusunu təmizləməsi nəzərdə tutulur”
-Özünü oxucularımıza təqdim et.
Mən Azər Cəfər. 2005-ci ildə ADMİU-ni bitirmişəm. 2007-2009-cu illər arasında Rüstəm İbrahimbəyovun kinoakademiyasında “Kinoaktyorluq” fakültəsini bitirmişəm. Aktyorluqla bərabər eyni zamandan ssenarist kimi də fəaliyyət göstərirəm.
-Necə olduki festivala qoşulmaq qərarına gəldin?
Sosial şəbəkələrdə və informasiya portallarındakı elanları gördüm və düşündüm ki, özümün həm bu mövzuya aid ssenarim var həm də, rejissorluq etdiyim “Qisasın rəngi” tamaşası var. Buna görə festivala qoşuldum.
-Sən həm festivalda ssenarist kimi, həmdə rejissor kimi çıxış edirsən?
Bəli. Mənim “Qatil” adlı ssenarimi festivalda İsmayıllıdan qatılan bölgə truppası oynayacaq. Özüm isə, hazırda “Qisasın rəngi” tamaşasının rejissoruyam.
“Bu pyesdə bir dostun digər dostunun namusunu təmizləməsi nəzərdə tutulur”.
-“Qatil” pyesi nədən bəhs edir?
Bu pyesdə bir dostun digər dostunun namusunu təmizləməsi nəzərdə tutulur. Belə ki, müharibə dövründə əsir düşən gənc qız ermənilər tərəfindən təcavüz edilərkən atasının dostu tərəfindən öldürülür. Həmin kişi, öz dostunun namusuna xələl gəlməsin deyə qızın ermənilər tərəfindən təcavüz ediləcəyini görüb onu öldürür.
“İllər öncə işğal zamanı qardaşını və anasını tək buraxaraq Bakıya qaçdığını etiraf edir”
-Bəs “Qisasın Rəngi” tamaşasında nədən bəhs edilir?
Burada isə, Şuşanın azad olunması günü təsvir edilir. Burada, 2 gənc əsgər illərdir ki Şuşanı tərk etmədən Ermənilərlə müharibə aparırlar. Onlar bu neçə ildə Şuşada özlərinə gizlənmək üçün bir yer tapıb orada yaşayırlar. Şuşa azad olunandan sonra isə bir gənc onların yanına gəlir və illər öncə işğal zamanı qardaşını və anasını tək buraxaraq Bakıya qaçdığını etiraf edir. Və onların buradakı dialoqları təsvir edilib. Təbii ki, bu senaridə belədir tamaşada isə bəzi dəyişikliklər etmişik.
-Tamaşada ssenaridən fərqli hansı dəyişikliklər etmisən?
Bir sıra dəyişikliklər etmişik. Təbii ki, bu dəyişikliklər tamaşanın müsbətinə doğru edilmiş dəyişikliklərdir.
““Qatil” pyesini qələmə alarkən onun reallıqda baş verdiyinə heç bir şüphəm yox idi”.
-Azər, necə olduki belə bir ssenari qələmə almaq qərarına gəldin. Buna səbəb nə idi?
Yəqin ki, bir çoxları mənimlə razılaşarlar ki, bir əsər o zaman dəyərli və oxunaqlı olur ki, onun süjet xətdi həyatdan götürülmüş olsun. Məsələ burasındadır ki, mən “Qatil” pyesini qələmə alarkən onun reallıqda baş verdiyinə heç bir şüphəm yox idi. Məgər müharibə dövründə bu cür hallar azmı baş verib? Təbii ki, xeyr.
“Bu tamaşa ilk dəfə başqa bir rejissorun diplom işi olub”.
-“Qisasın rəngi” tamaşası nə vaxtsa tamaşaya qoyulubmu?
Bu tamaşa ilk dəfə başqa bir rejissorun diplom işi olub. Ancaq festival üçün mən bu tamaşanı öz üzərimə götürəndə onun quruluşunda bir sıra dəyişiliklər etmək qərarına gəldim. Hazırda bununlada məşğul oluram. Çalışıram ki, tamaşa ikinci dəfə səhnəyə qoyulduğu üçün onun üslubu digərindən fərqlənsin.
-Bəs “Qisasın rəngi” tamaşasının birinci dəfə səhnəyə qoyulması ilə, ikinci dəfə səhnəyə qoyulması arasında hansısa fərqlər varmı?
Bəli var. İkinci taşada bir neçə əlavələr var və bəzi dəyişikliklər etmişəm.
-Bu əlavər haqqında məlumat verə bilərsən?
Qoy bu qalsın. Ən yaxşısı hamının bu dəyişiklikləri festival gecəsi səhnədə görməsi olacaq.
-Festivalda birinci yer tutacağına inanırsanmı?
Təbii ki, birinciliyi arzulayıram, ancaq birinci olacağıma dair əminliklərim yoxdur. Bunu yalnız festivalın mükafatlandırılma mərasimi zamanı hər kəs görəcək. Məndə orada nəyə laiq olduğumun şahidi olacağam.
-Təşəkkür edirəm
Sağ olun
Əfsələddin AĞALAROV