Qızıl ümidi ilə qazdılar, "xəzinə" tapdılar- FOTO

Qızıl ümidi ilə qazdılar, "xəzinə" tapdılar- FOTO
DÜNYA
15:47 08.08.2026
758
Avstraliyada qızıl axtarışı aparan geoloqlar gözlənilməz kəşfə imza atıblar.
 
Ölkənin Şərqi Qızıl Mədənləri bölgəsində aparılan araşdırmalar zamanı yerin altında milyardlarla il əvvəl yaranmış qədim meteor krateri aşkarlanıb.
 
Tədqiqatçılar "Ora Banda” adlandırılan bu strukturun dünyada yalnız iki nümunəsi məlum olan qədim meteor kraterlərindən biri olduğunu bildiriblər.
 
Milyardlarla il əvvəl yaranıb
 
Puerto-Riko Universitetindən geoloq Raiza Quinteronun rəhbərlik etdiyi mütəxəssislər nəhəng strukturun milyardlarla il əvvəl dəmirlə zəngin meteorun Yerə çırpılması nəticəsində yarandığını müəyyən ediblər.
 
Krater dünyanın ən qədim süxurları hesab edilən Arxey yaşlı yaşıl daşların içərisində yerləşir. Mütəxəssislər uzun illər ərzində eroziya və digər geoloji proseslərə baxmayaraq, strukturun izlərini qoruyub saxladığını bildiriblər.
 
Kəşfi təsdiqləyən 4 əsas sübut
 
Tədqiqat zamanı meteor zərbəsini təsdiqləyən bir neçə mühüm dəlil əldə edilib.
 
Qazma işləri zamanı yalnız güclü meteor zərbələri nəticəsində yarana bilən xüsusi qırılma strukturları aşkarlanıb.
 
Yüksək təzyiq nəticəsində parçalanaraq yenidən birləşmiş süxurların arasında zərbənin yaratdığı yüksək temperatur nəticəsində ərimiş kiçik şüşə hissəcikləri tapılıb.
 
Şüşə nümunələrində Yer qabığında çox az rast gəlinən nikel, kobalt, iridium, platin və palladium kimi elementlərin yüksək miqdarı müəyyən edilib.
 
Meteorun toqquşması zamanı bölgədəki qızıl yataqlarının buxarlanaraq atmosferə yayıldığı, daha sonra isə təxminən 4 kilometr genişliyində olan kraterə çökərək süxurlarla birləşdiyi müəyyənləşdirilib.

Alimlər bildirirlər ki, Yerdəki tektonik hərəkətlər bu cür qədim izləri zamanla silə bilir. Buna baxmayaraq, "Ora Banda” krateri planetimizin erkən dövrlərini və meteoritlərin Yerə mümkün təsirlərini araşdırmaq üçün mühüm elmi mənbə hesab olunur.
 
//yenisabah.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Paşinyanı qəbul etdi
02:32 24.09.2026
Ərdoğan Paşinyanı qəbul etdi
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO