2012-ci ildə qiyməti ən sürətlə artan qızılın bir unsiyasının 2011-ci ildə 1771 dollara çatması, tarixdə bu qiymətli metalın gördüyü ən yüksək qiymət həddi idi.
Dünya Qızıl Təşkilatına görə, qiymət artımının kökündə qlobal iqtisadi böhran, Avrozonada borc böhranının dərinləşməsi, ABŞ iqtisadiyyatı dollara olan etibarın zəifləməsi durur.
Bu tarixdəki yüksəliş zirvəsinin ardından dalğalı bir düşüş yaşayan qızıl 2012-ci il iyul ayında 1,3% dəyər qazanaraq 1590 dolar səviyyəsinə yüksəldi. Təşkilatın verdiyi proqnozlara görə, 2012-ci ilin sonlarına qədər qızılın bir unsiya qiyməti 1800 dollara çata bilər. 2013-cü ildə 2000 dolları aşacağı, 2014-cü ilin sonunda isə 2400 dollara çatacağı birja analitikləri tərəfindən proqnozlaşdırılır.