Qızlarımız xaricilərə gedir - SAY DURMADAN ARTIR

Qızlarımız xaricilərə gedir - SAY DURMADAN ARTIR
Bütün Xəbərlər
14:05 24.10.2012
1229
Azərbaycanda əcnəbilərlə ailə quran qadınların sayında artım müşahidə olunur. Bunun mənfi və müsbət tərəfləri ilə bağlı fikirlər kimi, səbəbləri də müxtəlifdir. Rəsmi statistikaya görə, 2011-ci ildə 2696 azərbaycanlı qız əcnəbiyə ərə gedib. Onlardan təkcə 1294-ü Türkiyəyə gəlin köçüb. 2009-cu ildə bu rəqəm 1720 olub. Deməli son 2 ildə əcnəbi oğlanla ailə quran qızlarımızın sayı 976 nəfər artıb. Obrazlı desək, sevgisi sərhəd tanımayanlar ən sonda iki fərqli milləti, fərqli mədəniyyətləri biri-birinə tanıdıblar. Şahnaz və Benlyan Lin də belələrindəndir. Şahnaz Şəkidə, Li Çində doğulub. Çin səddini aşıb uzaq Azərbaycana gələndə Linin məqsədi evlənmək deyildi. İndi onların 4 uşağı var - Mehriban, Aydan, Röya və Əli. Bu ailənin yeganə problemi isə Linin Azərbaycan vətəndaşlığı ala bilməməsidir. Uşaqlar ailənin bir az da möhkəmləndirilməsində təbii ki, ciddi rol oynayır. Amma bu xoşbəxtlik heç də əcnəbi ilə ailə quran bütün qızlara müyəssər olmur. Qardaş Türkiyəyə ərə gedən və bu ilin yazında qaynı tərəfindən güllələnən gəlinin faciəsini xatırlayaq. Belə faktlar kifayət qədərdir.
OXŞAR XƏBƏRLƏR