Qlobal iqlim fenomeni ölkəmizə hansı təsiri göstərir? - Yayda hava necə olacaq? - VİDEO

Qlobal iqlim fenomeni ölkəmizə hansı təsiri göstərir? - Yayda hava necə olacaq? - VİDEO
SOSİAL
01:18 10.06.2026
92
Sakit okeanda formalaşan "El-Ninyo" və "La-Ninya" kimi iqlim hadisələri qlobal hava sistemlərinə əhəmiyyətli təsir göstərir. Bu proseslər bəzi ölkələrdə güclü yağıntılara, digərlərində isə quraqlığa və anomal istilərə səbəb olur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.


Ekoloq Sadiq Həsənovun sözlərinə görə, "La-Ninya" hadisəsi "El-Ninyo"dan fərqli olaraq soyuq hava kütlələrinin yaranmasına şərait yaradır. Bu proses xüsusilə Sakit okean hövzəsində, Şimali Amerikada, Kanadada və Asiyanın şimal hissəsində hava şəraitinin kəskin soyumasına, temperaturun aşağı düşməsinə və qışın daha sərt keçməsinə səbəb ola bilər.

"Dünyada aparılan elmi tədqiqatlar göstərir ki, "El-Ninyo"nun aktiv fazasının başlanması gözlənilir. Bu isə qlobal miqyasda havaların istiləşməsinə səbəb olan proseslərdən biridir", - deyə ekoloq bildirib.

Ekspertlər qeyd edirlər ki, "La-Ninya" və "El-Ninyo" hadisələri Azərbaycanda hava şəraitinə birbaşa təsir göstərmir. Lakin onların yaratdığı qlobal atmosfer dəyişiklikləri nəticəsində bəzi mövsümlərdə yağıntının normadan az və ya çox olması mümkündür.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının hava temperaturu proqnozlarına dair hesabatına əsasən, qlobal temperaturun yüksəlməsinə səbəb olan "El-Ninyo" hadisəsinin 2026-cı ilin iyun-avqust aylarında başvermə ehtimalı 80 faiz qiymətləndirilir. Həmin vəziyyətin noyabr ayına qədər davam edə biləcəyi bildirilir. Bu prosesin qarşıdakı aylarda ekstremal hava hadisələri riskini artıracağı, qlobal temperatur və yağıntı rejimlərinə təsir göstərə biləcəyi istisna edilmir.

OXŞAR XƏBƏRLƏR