Qohumu Bəxtiyar Hacıyevi biabır etdi: 'Məhz mənim xahişimlə onu həbsdən azad etdilər'

Qohumu Bəxtiyar Hacıyevi biabır etdi:
Bütün Xəbərlər
12:30 13.12.2012
2874

“Bəxtiyar Hacıyev mənim atamın əmisi nəvəsidir. İndiki zamanədə isə ata oğulun əməllərinə görə, məsuliyyət daşımır”. Bu sözləri Editor.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev əmisioğlu Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə hakimiyyət əleyhinə fəaliyyətini şərh edərkən belə deyib.

Bəxtiyar Hacıyevin valideynləri ilə dəfələrlə danışıqlar apardığını söyləyən partiya sədri onları xəbərdar etdiyini söylədi:“Mən onun atasına da, anasına da demişəm ki, oğlunuz Bəxtiyar səhv yoldadır. O, Qəmbərov İsa, Kərimov Əli kimi bacarıqsız siyasətçilərin əlində alətə çevrilib. Onu qoymayın, bu yola düşsün, dövlətçilik əleyhinə fəaliyyət göstərsin. Amma buna baxmayaraq, Bəxtiyar yenə də onların əlində alətə çevrilib. Müxtəlif sosial şəbəkələrdə hakimiyyət əleyhinə fikirlər yayır. Gəncdir, çox istərdim ki, haqq yoluna qayıtsın. Məhz mənim xahişimlə onu həbsdən azad etdilər. Yox əgər ağıllanmasa, yenə “dincəlməyə” gedəcək”.

Azər Niftiyev, Editor.az

OXŞAR XƏBƏRLƏR