Qohumunu izləyən oğlanı ürəyindən bıçaqladı - Qanlı cinayətin TƏFƏRRÜATI

Qohumunu izləyən oğlanı ürəyindən bıçaqladı - Qanlı cinayətin TƏFƏRRÜATI
KRİMİNAL
18:56 13.09.2022
1004
Nizami rayonunda mübahisə zamanı tanımadığı şəxsi bıçaqlayaraq öldürmək istəyən Elxan Məlikovun cinayət işi üzrə detallar məlum olub.

Hadisə Qara Qarayev prospektində fəaliyyət göstərən ticarət mərkəzinin yaxınlığında baş verib. 

Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs və şəxslərlə mübahisə zəminində ürək və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin, qarın boşluğunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində cinayəti törətəməkdə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Elxan Məlikov saxlanılıb.

İş üzrə dindirilmiş Elxan Məlikov ifadəsində bildirib ki, məhkəmələrdə və digər inzibati binalarda elektron sistemlərin quraşdırılması ilə məşğul olub. Bununla əlaqədar tez-tez ezamiyyətlərə göndərilib. Axırıncı dəfə Ağstafa rayonuna gedib. 

Dekabr ayında nişanlısının bacısı Səlimətdən Sirac adlı şəxsin onu 4 ildir narahat etdiyini öyrənib. Qız deyib ki, dəfələrlə oğlana arxasınca gəlməməsi barədə xəbərdarlıq edib. Bir dəfə rayonda olanda bilib ki, Sirac yenə də qızın ardınca gəlib. O, taksi ilə şəhərə gəlsə də, həmin şəxslə görüşə bilməyib.

Hadisə baş verən günü növbəti dəfə ezamiyyətə gedərkən zəng edib Səlimətdən harada olduğunu soruşanda, qız 30 nömrəli avtobusla işdən qayıtdığını və Siracın da həmin marşrutda olmasını söyləyib.

O, "Xalqlar dostluğu” metrosunun yanında avtobusa minəcəyini deyib. Dayanacaqda marşruta mindikdən sonra Səlimət ona işarə ilə Siracı göstərib. Qız evin yaxınlığında düşəndə oğlan da arxasınca avtobusdan çıxıb. 

Elxan Məlikov ifadəsinin davamında bildirib ki, o, cəld Siracın qolundan tutub sözü olduğunu deyəndə sonuncu qolunu çəkib və onu tanımadığını bildirib. Qaçmaq istədiyini hiss etdiyi üçün dərhal cibindən bıçağı çıxarıb ona çoxsaylı xəsarətlər yetirib. 

Zərərçəkmiş Sirac Mayılov ifadəsində göstərib ki, NZS qəsəbəsində yaşayıb. Marşrut avtobusunda hərəkət edərkən Səliməti görüb və ondan xoşu gəlib. 

Dekabrın 25-də avtobusa minərək qabaq oturacaqlardan birində əyləşib. Səlimət arxada oturub. Qarayev prospektində qızın arxasınca düşəndə tanımadığı şəxs sağ qoluna girib və onunla işi olduğunu deyib. Qaçmaq istəyəndə ayağı büdrəyib və yerə yıxılıb. Bu zaman Elxan bıçaqla onu vurmağa başlayıb. O, qışqıraraq yoldan keçən insanlardan kömək istəyib. Bıçağın tiyəsindən tutaraq Elxanın sifətinə yumruqla zərbə vurub və ayağa duraraq qaçıb. Bir qədər qaçsa da, sonradan huşunu itirərək yerə yıxılıb.

Məhkəmə iclasında Elxan Məlikov ittiham üzrə özünü qismən təqsirli bilib. 

Sonda məhkəmənin hökmü ilə 28 yaşlı Elxan Məlikov 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. 
 
///Ölkə.a
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı