"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR

"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
İQTİSADİYYAT
12:58 05.10.2026
159
Quba Palace Hotel və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə layihəsi olaraq "Quba Palace Hotel"in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda məktəblilər üçün qolf dərslərinə start verilib.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli Təbiət Təmayüllü Məktəb-Liseyin və Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbinin şagirdləri qolfla tanış olur və ilk məşqlərini keçirirlər.

Layihənin əsas məqsədi uşaqlarda qolf idman növünə maraq yaratmaq, onların diqqət, intizam və komanda ruhunu inkişaf etdirmək, eyni zamanda yeni istedadların üzə çıxmasına şərait yaratmaqdır.

Təşkilatçılar bildiriblər ki, qolf yalnız peşəkar idman növü deyil, həm də uşaqların fiziki və şəxsi inkişafına, yeni bacarıqlar qazanmasına və gələcək imkanlarla tanış olmasına töhfə verən mühüm platformadır.

Layihə çərçivəsində keçirilən məşqlərin gələcəkdə uşaqlar arasında qolf idmanının daha geniş yayılmasına və yeni istedadların yetişməsinə töhfə verəcəyi gözlənilir.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR