AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli Təbiət Təmayüllü Məktəb-Liseyin və Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbinin şagirdləri qolfla tanış olur və ilk məşqlərini keçirirlər.
Layihənin əsas məqsədi uşaqlarda qolf idman növünə maraq yaratmaq, onların diqqət, intizam və komanda ruhunu inkişaf etdirmək, eyni zamanda yeni istedadların üzə çıxmasına şərait yaratmaqdır.
Təşkilatçılar bildiriblər ki, qolf yalnız peşəkar idman növü deyil, həm də uşaqların fiziki və şəxsi inkişafına, yeni bacarıqlar qazanmasına və gələcək imkanlarla tanış olmasına töhfə verən mühüm platformadır.
Layihə çərçivəsində keçirilən məşqlərin gələcəkdə uşaqlar arasında qolf idmanının daha geniş yayılmasına və yeni istedadların yetişməsinə töhfə verəcəyi gözlənilir.




















































