Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı

Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
SOSİAL
13:17 10.09.2026
172
Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib.  Doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi faktı təsdiqləyib.

"Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. 
Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”, - Agentliyin məlumatında qeyd olunub.

Anadangəlmə qolları olmayan körpənin doğuşdan sonra anası tərəfindən övladından imtina etməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəs belə bir qərarın arxasında hansı psixoloji amillər dayana bilər və ananın bu vəziyyəti qəbul etməsinə nə təsir edir?

Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov AZXEBER.COM-a açıqlamasında deyib ki, belə ağır qərarın arxasında müxtəlif psixoloji və sosial səbəblər dayana bilər:

"Bu hadisəyə yalnız "ana övladından imtina etdi” kimi yanaşmaq düzgün olmaz. Belə ağır qərarın arxasında müxtəlif psixoloji və sosial səbəblər dayana bilər. Ananın doğuşdan sonrakı depressiya, kəskin stress reaksiyası, güclü qorxu və ümidsizlik yaşaması, uşağın vəziyyətini qəbul edə bilməməsi, ailə və sosial dəstəyin zəifliyi, maddi çətinliklər, həyat yoldaşının və ya yaxınlarının təzyiqi həmin səbəblər sırasındadır. Bəzən valideyn övladının qayğısını üzərinə götürmək istəmədiyindən deyil, bu məsuliyyətin öhdəsindən gələ bilməyəcəyinə inandığından geri çəkilir. Bununla belə, səbəbləri anlamağa çalışmaq uşağın tərk edilməsinə haqq qazandırmaq demək deyil”.


O qeyd edib ki, ananın psixi vəziyyəti mütləq qiymətləndirilməlidir:

"Belə vəziyyətlərdə ana doğuşdan dərhal sonra ağır və geri dönüşü çətin qərar verməyə sövq edilməməlidir. Onun psixi vəziyyəti mütləq qiymətləndirilməli, doğuşdan sonrakı depressiya və ya psixoz ehtimalı araşdırılmalı, ailə ilə iş aparılmalı, sosial təminat və reabilitasiya imkanları aydın şəkildə izah edilməlidir. Çünki insan güclü emosional sarsıntı içərisində olarkən hadisənin gələcəyini sağlam şəkildə qiymətləndirməyə bilər”.

Psixoloq vurğulayıb ki, uşağın gələcəkdə anası tərəfindən tərk edildiyini öyrənməsi də onda dəyərsizlik hisslərini gücləndirə bilər:

"Uşağın yuxarı ətraflarının anadangəlmə olmaması onun gələcəkdə mütləq psixoloji problemlər yaşayacağı anlamına gəlmir. Uşağın inkişafına yalnız fiziki məhdudiyyət deyil, böyüdüyü münasibət mühiti də ciddi təsir göstərir. Sabit və qayğıkeş bir insanla etibarlı emosional bağın qurulması, təhlükəsizlik hissi, qəbul olunmaq, erkən reabilitasiya, təhsil və cəmiyyətə bərabər şəkildə daxil olmaq onun psixoloji rifahını əhəmiyyətli dərəcədə gücləndirə bilər. Əksinə, tez-tez himayəçinin dəyişməsi, emosional laqeydlik, ayrı-seçkilik və "sən bacarmırsan” münasibəti uşağın özünəinamında, bağlılıq münasibətlərində və sosial uyğunlaşmasında çətinliklər yarada bilər. Gələcəkdə anası tərəfindən tərk edildiyini öyrənməsi də onda rədd edilmə və dəyərsizlik hisslərini gücləndirə bilər. Buna görə həqiqət uşağa yaşına və psixoloji hazırlığına uyğun, damğalayıcı olmayan dildə izah edilməlidir”.

"Bu hadisədə əsas məsələ kimisə dərhal ittiham etmək deyil, həm uşağın mənafeyini qorumaq, həm də ananın hansı psixoloji və sosial şəraitdə bu qərarı verdiyini obyektiv araşdırmaqdır. Uşağın taleyi yalnız fiziki xüsusiyyəti ilə müəyyənləşmir. Onun gələcəyini daha çox gördüyü sevgi, qəbul, davamlı qayğı və yaradılan imkanlar formalaşdıracaq”,-deyə psixoloq bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
13:36 10.09.2026
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Qolları olmayan körpəsindən imtina etdi: Ana və uşağı bundan sonra nə gözləyir? – VƏKİL
13:34 10.09.2026
Qolları olmayan körpəsindən imtina etdi: Ana və uşağı bundan sonra nə gözləyir? – VƏKİL
Qolları olmayan körpə və cavabsız qalan suallar…
13:25 10.09.2026
Qolları olmayan körpə və cavabsız qalan suallar…
İspaniya tarixinin ən isti yayını yaşadı: 61 günlük isti hava dalğası
13:24 10.09.2026
İspaniya tarixinin ən isti yayını yaşadı: 61 günlük isti hava dalğası
Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
13:17 10.09.2026
Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
13:06 10.09.2026
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
13:00 10.09.2026
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
12:50 10.09.2026
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
12:46 10.09.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...
12:15 10.09.2026
Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
12:09 10.09.2026
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
11:50 10.09.2026
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər
11:35 10.09.2026
Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
11:27 10.09.2026
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
11:14 10.09.2026
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
“Unibank”ın İdarə Heyətində dəyişiklik
10:51 10.09.2026
“Unibank”ın İdarə Heyətində dəyişiklik