Lənkəranda azyaşlını qonaq getdikləri mənzildə elektrik cərəyanı vurub.
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabirabad rayonundan Lənkərana qonaq gedən ailənin 2022-ci il təvəllüdlü qızını elektrik cərəyanı vurub.
Körpə ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona göstərilən tibbi yardımlardan sonra ürək fəaliyyəti uğurla bərpa olunub. Müalicəsinin davamı üçün Bakı şəhərinə xəstəxanaların birinə göndərilib.