“İran bu addımları atarkən çox ehtiyatlı olmalı və gələcəyini düşünməlidir”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İran parlamentinin bir sıra üzvlərinin Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi hazırlamasına münasibət bildirərkən deyib:
“İran bu addımları atarkən çox ehtiyatlı olmalı və gələcəyini düşünməlidir. Çünki beynəlxalq sanksiyalar var və qonşu ölkəyə hər hansı bir iddia İran üçün faciə ilə nəticələnə bilər. Qonşu ölkə hərəkət edərkən bunu yaxşı fikirləşməlidir.
Əfsələddin Ağalarov